Dağıstanda xəstəxanaya yerləşdirilənlərin sayı artdı

Dağıstanda xəstəxanaya yerləşdirilənlərin sayı artdı
Oxunma sayı: 1175

Dağıstanda kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 104 nəfərə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, infeksiyaya yoluxanların əksəriyyəti – 90 nəfəri uşaqdır. 

Xəstələrin vəziyyəti yüngül və orta-ağır dəyərləndirilir. 

Mütəxəssislər infeksiyanın mənbəyini müəyyən etməyə çalışırlar.

Rusiya Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi