Dağıstanda 5,9 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsi məlumat yayıb.
“Dərbənddən 100 km aralıda, Azərbaycan istiqamətində 5,9 bal gücündə zəlzələ 10 km dərinlikdə baş verib”, - məlumatda qeyd olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər