Dağıstandan Bakıya aviareyslər açılır

Dağıstandan Bakıya aviareyslər açılır
Oxunma sayı: 1875

Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakıya reyslər həyata keçirəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək. İlk reys iyulun 4-ə nəzərdə tutulub. Biletlər artıq satışdadır.

Mahaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri xatırladıb ki, Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.