Dağıstanın sabiq rəhbəri sorğuya çağırıldı

dagistanin-sabiq-rehberi-sorguya-cagirildi
Oxunma sayı: 975

Moskvanın Lefortovsk rayon məhkəməsi Dağıstanın sabiq rəhbəri Ramazan Əbdülatipovu sorğuya çağırıb.

“Qafqazinfo”nun “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, o, dövlət büdcəsindən 41 milyon rubluN mənimsənilməsi faktı üzrə açılmış cinayət işində şahid qismində sorğu-sual olunacaq.

Siyasətçi xarici vətəndaşların müvəqqəti saxlanılması üçün xüsusi bir müəssisənin qurulması üçün ayrılan büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunan keçmiş Baş Nazir Əbdüsəməd Həmidov və eks-İqtisadiyyat naziri Rayudin Yusifovla bağlı ifadə verəcək. 

Qeyd edək ki, keçmiş məmurlar 2018-ci ildə Dağıstanda aparılan geniş miqyaslı antikorrupsiya əməliyyatı zamanı həbs ediliblər. Onlar barələrində irəli sürülən ittihamları qəbul etmirlər.