Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçirilib.
Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr
Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət İsmayıl Dağıstanlının Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən
danışıb.
Azər Paşa Nemət bildirib ki, əməyi SSRİ Xalq artisti və dövlət mükafatı ilə qiymətləndirilən İsmayıl Dağıstanlı böyük sənətkar olmaqla yanaşı, həm də xeyirxah insan və özündən sonra böyük sənətkar nəsli yetişdirən qayğıkeş müəllim idi. Teatrın direktoru İsmayıl Dağıstanlı ilə bağlı xatirələrini bölüşüb və əlavə edib ki, Azərbaycan mədəniyyəti yaşadıqca İsmayıl Dağıstanlının xatirəsi əbədi yaşayacaq və hər zaman xoş hisslərlə yad olunacaq.
Xalq artistləri Rafiq Əzimov, Ağakişi Kazımov, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, teatrşünas alim Saleh Salahzadə və başqaları İsmayıl Dağıstanlını böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.




Son xəbərlər
Son Xəbərlər