Dağlara nə qədər qar yağıb? - Açıqlama

daglara-ne-qeder-qar-yagib
Oxunma sayı: 1853

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 09-u  gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki açıqlamada bildirilir ki, ölkə ərazisində yanvarın 09-u gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 09-u axşamdan 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda  yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda 4, Rvarud, Lerikdə 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.