Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 15-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.