Dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edilib.
“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:30-da başa çatıb.
Son xəbərlər
Son Xəbərlər