Dağlıq ərazilərdə 13° şaxta var

dagliq-erazilerde-13-saxta-var
Oxunma sayı: 739

Bu gün saat 14:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq Zəngilanda 19 m/s, Mingəçevirdə 18 m/s, Göyçay və Qobustanda 16 m/s, Daşkəsən və Yardımlıda 15 m/s-dək qərb küləyi əsir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.