“Dağlıq Qarabağ ayrı bir ərazi vahidi ola bilməz” - Polad Bülbüloğlu

dagliq-qarabag-ayri-bir-erazi-vahidi-ola-bilmez
Oxunma sayı: 2100

“Qarabağın dağlıq hissəsindən ayrı ərazi vahidi kimi söhbət belə gedə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibəsində deyib.

“Yeri gəlmişkən, iyulun 7-si Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları təsdiq edilib. Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Şimali Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonunu əhatə edir. Bu səbəbdən də Qarabağın dağlıq hissəsindən ayrı ərazi vahidi kimi söhbət gedə bilməz”, - deyə P. Bülbüloğlu qeyd edib.