“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Putin

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
Oxunma sayı: 8016

“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalına müsahibəsində deyib.

“Ermənistan özü belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini və suverenliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - deyə Putin bildirib.

O qeyd edib ki, Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Heç kim Ermənistanın ərazisinə hücum etməmişdi və bu da bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermirdi”.