Dağlıq Qarabağ danışıqlarında geriyə addım

dagliq-qarabag-danisiqlarinda-geriye-addim
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Verşbou deyib. Onun sözlərinə görə, iyunun 24-də Kazanda baş tutan görüşdə Dağlıq Qarabağ danışıqlarında "sıçrayışı" təmin etmək cəhdi müvəffəqiyyətlə nəticələnməyib. Nəticədə isə tərəflər arasında təmas xətti boyunca gərginlik artıb. Verşbou Azərbaycan və Ermənistanın həmişəki kimi münaqişənin nizama salınmasında baza prinsipləri üzrə razılığa gələ bilmədiklərini və bu səbəbdən özlərinin qeyri-konstruktiv və təhlükəli situasiyada qaldıqlarını vurğulayıb.

ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon isə Obama administrasiyasının ATƏT-in "dondurulmuş" münaqişələrin nizama salmasında bilavasitə rol oynaması üçün əlindən gələni etdiyini qeyd edib.

Səidə