“Dağlıq Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir” - Rusiya XİN

“Dağlıq Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir”
Oxunma sayı: 841

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal iştirakını davam etdirməkdədir.

“Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri dəstəkləmək Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və ölkə prezidentinin də diqqət mərkəzindədir Bizim qəti mövqeyimiz budur ki, münaqişənin yalnız siyasi diplomatik vasitələrlə, tərəflər arasında danışıqlar yolu ilə həll olunması vacibdir. Fikrimizcə, siyasi iradə olduğu halda diplomatik səylərlə gec-tez irəliləyişə nail olmaq və razılığa gəlmək mümkün olacaq".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi