Dağlıq Qarabağda Paşinyanın iştirakı ilə iclas keçirilir

dagliq-qarabagda-pasinyanin-istiraki-ile-iclas-kecirilir
Oxunma sayı: 2213

Ermənistan Baş Naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Paşinyanla separatçı qüvvələrin başçısı Bako Saakyanın rəhbərliyi ilə Xankəndi şəhərində “Təhlükəsizlik Şuraları”nın iclası keçirilir.

Qeyd olunur ki, bu, 2018-ci ilin mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Ermənistan və qondarma Dağlıq Qarabağ “Təhlükəsizlik Şuraları”nın üçüncü birgə iclasıdır.