“Dağlıq Qarabağ”la vizasız səyahət xəbərinə - XİN-dən reaksiya

dagliq-qarabagla-vizasiz-seyahet-xeberine
Oxunma sayı: 1208

Xarici İşlər Nazirliyi tanınmamış Abxaziyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ” ilə vizasız rejimə keçməsi xəbərinə reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, XİN sözçüsü bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu mövqe bir daha Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində öz əksini tapıb:

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur. Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları AR-nın Miqrasiya məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı öz fəaliyyət qanundan kənardır. Azərbaycan Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı vardır. XİN Azərbaycan vətəndaşlarını Gürcüstan Respublikası mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır”.