Dağquşçu kəndində yarımstansiya tikilir - Video

dagquscu-kendinde-yarimstansiya-tikilir
Oxunma sayı: 1618

“Azərişıq” ASC tərəfindən  Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 MVA olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kV hava elektrik veriliş xəttlərinin çəkilişi işləri aparılır.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz şəhəri, 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhəri, M. Vəliyev küçəsində Həmzə və Aladaş kəndlərində, Şabran rayonu, Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində də 10 və 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.

Qeyd edək ki, “Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kV-luq yarımstansiya tikilib, 7 ədəd 35/0,4 kV –luq KTM quraşdırılıb və 3 ədəd 35 kV-luq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulub.

124 km-dən artıq 35 kV-luq yeni hava elektrik veriliş xəttləri çəkilib, 445 ədəd müxtəlif güclü KTM quraşdırılıb, 1534 km ÖİN tipli naqil çəkilmiş və abonetlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılıb.