Daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

daha-1-ermeni-herbcinin-cesedinin-qaliqlari-tapildi
Oxunma sayı: 1069

Qarabağda hərbi əməliyyatlar zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, meyit Füzulidə aşkar olunub və şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1666-ya çatıb.