Daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” keçiriləcək

Daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” keçiriləcək
Oxunma sayı: 665

SOCAR "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.

“Qafqazinfo” xəbər verir ki, növbəti həftə (28-30.11.2022 və 02.12.2022 tarixləri) daha 1 şəhər və 3 rayonda Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı), 2-ci günü saat 14:00-dan 15:00-dək Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 3-cü günü  saat 11:00-dan 12:00-dək isə #Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı), 5-ci günü saat  11:00-dan 12:00-dək isə Şəki şəhərində (M.F.Axundov Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.