Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Oxunma sayı: 390

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, bu günədək artıq 10472 şəhidin 15498 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 85,4 faiz icra olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi