Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verildi

daha-106-ermeni-herbcinin-meyiti-qarsi-terefe-tehvil-verildi
Oxunma sayı: 2762

Daha 106 erməni hərbçinin meyiti Ermənistan tərəfinə təhvil verilib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Azərbaycan tərəfi meyitləri Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə təhvil verib.

Bildirilib ki, ikinci Qarabağ müharibəsində həlak olanların meyitlərinin axtarışları davam edir. 

Bundan başqa, tərəflərin 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün səy göstərdikləri qeyd olunub.

Qeyd edək ki, atəşkəsin elan olunmasından bəri döyüş bölgəsində 1379 erməni əsgərin meyiti aşkarlanıb.