Daha 14 erməni hərbçinin meyiti tapıldı

daha-14-ermeni-herbcinin-meyiti-tapildi
Oxunma sayı: 1741

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 14 erməni hərbçinin meyiti tapılıb.

“Qafqazinfo” “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlərdən biri Xocavənd, digər 13-ü isə Cəbrayıl istiqamətində aşkarlanıb.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 344-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut və Sünik istiqamətlərində davam etdirilir.