Daha 144 azərbaycanlı Bakıya gətirildi - Fotolar

daha-144-azerbaycanli-bakiya-getirildi
Oxunma sayı: 4776

Bu gün Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirib.

"Azərbaycan Hava Yolları"ndan "Qafqazinfo"ya verilən məlumata görə, həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.