Daha 15 rayonun pay torpaqlarında dürüstləşdirmə işləri yekunlaşdırılıb

Daha 15 rayonun pay torpaqlarında dürüstləşdirmə işləri yekunlaşdırılıb
Oxunma sayı: 1617

Azərbaycan Prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 15 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaqlardan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması və nəzərdə tutulmuş tədbirlərin yekunlaşdırılması çərçivəsində dürüstləşdirmə işləri aparılır.

"Qafqazinfo" xəbər verir ki, xidmət tərəfindən torpaqların elektron kadastr uçotu işi yekunlaşmış 51 rayonun 50-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrası davam edir. Daha 15 rayonda (Şəmkir, İmişli, Füzuli, Daşkəsən, Zərdab, Tərtər, Sabirabad, Saatlı, Siyəzən, Şabran, Balakən, Samux, Beyləqan, Bərdə, Göyçay) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya olunub. Bununla da pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işləri 25 rayonda yekunlaşıb. 

Vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə və qeydiyyat məsələlərində problemlərə səbəb olurdu. Bu işlər çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla da, vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.