Daha 15 velosipedçi cərimələndi - Fotolar

daha-15-velosipedci-cerimelendi
Oxunma sayı: 2116

Mingəçevirdə qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, avtomobil yollarında hərəkət edərək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, velosipedi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etmələrinin vacibliyi izah olunub.

Reyd zamanı qaydaları pozan 15 velosipedçi barəsində inzibati tədbir görülüb.