Daha 150-dək müharibə əlilinə birdəfəlik ödəmə veriləcək

daha-150-dek-muharibe-eliline-birdefelik-odeme-verilecek
Oxunma sayı: 2828

Sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib.

Bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək: “Bu barədə hər birinə SMS göndəriləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.