Daha 17 ölkə vətəndaşlarına icazə verildi

daha-17-olke-vetendaslarina-icaze-verildi
Oxunma sayı: 3964

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:

- Albaniya Respublikası;

- Dominikan Respublikası;

- Filippin Respublikası;

- Gürcüstan;

- Hindistan;

- İndoneziya;

- İran İslam Respublikası;

- Kolumbiya Respublikası;

- Moldova Respublikası;

- Özbəkistan Respublikası;

- Pakistan İslam Respublikası;

- Peru Respublikası;

- Tacikistan Respublikası;

- Tailand Krallığı;

- Tunis Respublikası;

- Türkmənistan Respublikası;

- Venesuela Bolivar Respublikası.