Daha 180 azərbaycanlı təxliyə edildi - Fotolar

daha-180-azerbaycanli-texliye-edildi
Oxunma sayı: 2469

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Azərbaycana gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, aralarında altı körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz #Azərbaycana gətirilib.