Daha 2 Afrika ölkəsində koronavirus qeydə alındı

daha-2-afrika-olkesinde-koronavirus-qeyde-alindi
Oxunma sayı: 1669

Daha iki Afrika ölkəsində - Qabon və Qanada koronavirusa ilk yoluxma faktları qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, “Gabon Actu” portalı Qabonun Rabitə naziri Edqar Anise Mbubmbu Myakuya istinadən bildirib ki, virusa yoluxan Qabon vətəndaşı martın 8-də Fransanın Bordo şəhərində qayıdıb.  

Qanada isə koronavirusa ilk iki yoluxma faktı təsdiqini tapıb. “Daily Graphic” ölkənin Səhiyyə Nazirliyinə istinadən yazır ki, xəstələrdən biri ölkəyə Norveçdən, digəri isə Türkiyədən qayıdıb.   

Xatırladaq ki, daha əvvəl koronavirus Misir və Əlcəzair kimi Afrika ölkələrində də qeydə alınmışdı.