Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
Oxunma sayı: 1186

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

"Qafqazinfo" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Hadrut istiqamətində aşkarlanıb. 

Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1651-ə çatıb.