Daha 2 küçədə sürət həddi endirildi - Fotolar

daha-2-kucede-suret-heddi-endirildi
Oxunma sayı: 3182

“Bakı şəhərində daha 2 küçədə sürət həddi endirilib”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”ya verilən məlumata görə, 11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

“Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda qeyd edilib.