Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakının Suraxanı rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Dalğıc-xilasedicilər vətəndaşları sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər