Daha 2 nəfər boğulub

daha-2-nefer-bogulub
Oxunma sayı: 643

“Qafqazinfo”nun Fövqalədə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə 1995-ci il təvəllüdlü Ülfət Şükran oğlu Qasımovun Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Hindarx qəsəbəsindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən təxminən 135 km məsafədə, nəzarət olunmayan ərazidə) batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Ü.Qasımovun cəsədi batdığı yerdə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər boğulma hadisəsi isə Bakı şəhərində baş verib. Belə ki, Bakının Suraxanı rayon sakini Asim Rəsulov Hövsan çimərliyində suda boğulub.

Eldar