Azərbaycanın daha 28 müəssisəsindən Rusiyaya alma ixracına icazə verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumatda bildirilir.
“Fevralın 4-də “Rosselxoznadzor”la Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında videokonfrans formatında danışıqlar keçirilib. “Rosselxoznadzor” bildirib ki, aparılan videokonfrans nəzərə alınmaqla, Azərbaycanın kompetent qurumundan əldə edilən məlumatlar əsasında fevralın 8-dən Rusiyaya 28 müəssisədən almanın gətirilməsinə icazə verir”, - məlumatda deyilir.
Qeyd olunur ki, bundan əvvəl daha 10 müəssisə üçün məhdudiyyətlərin ləğv edilməsi barədə qəbul edilmiş qərarlar nəzərə alınmaqla, almanı 38 Azərbaycan şirkəti ixrac edə bilər.
Son xəbərlər
Son Xəbərlər