Daha 3 boksçumuz mübarizəyə qoşulur

daha-3-bokscumuz-mubarizeye-qosulur
Oxunma sayı: 696

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edəcək. “Qafqazinfo”, boks millimizin daha üç üzvü rinqə çıxacaq.

52 kq çəki dərəcəsində yarışan Məsud Yusifzadə ilk görüşünü keçirəcək. Dəri əlcək ustamızın rəqibi türkiyəli Ömər Koç olacaq.
 
75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı da ilk görüşünü keçirəcək. O, Desmond Amsterdamla (Qayana) münasibətlərinə aydınlıq gətirəcək.
 
81 kq-da yarışan Rauf Rəhimov isə Hafidz Adli Mohdu (Malayziya) yolundan kənarlaşdırmağa çalışacaq.
 
Hər üç idmançımız yarışa 1/8 final mərhələsindən start verəcək.
 
Qeyd edək ki, artıq milli komandamızın bir üzvü rinqə çıxıb. 91 kq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov ilk görüşündə qazaxıstanlı Nurlan Saparbayı məğlub edib.