Daha 3 erməni hərbçinin meyiti tapıldı

daha-3-ermeni-herbcinin-meyiti-tapildi
Oxunma sayı: 791

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

“Qafqazinfo” “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl və Qubadlıda aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 238-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl istiqamətlərində davam etdirilir.