Daha 3 klub ÇL-in qrupuna vəsiqə qazandı

daha-3-klub-cl-in-qrupuna-vesiqe-qazandi
Oxunma sayı: 1725

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra qrup mərhələsinə vəsiqə qazanan daha üç komandanın adına aydınlıq gəlib.

Səfərdə keçirilən ilk oyunda LASK-ı 1:0 hesabı ilə məğlub edən "Brügge" cavab matçında da rəqibini üstələyib. Avstriya təmsilçisinə 2:1 hesabı ilə qalib gələn Belçika klubu qrup mərhələsinə adlayıb.

Hollandiya nəhəngi isə Kipr APOEL-ini 2:0 üstələyərək qrupa vəsiqə qazanıb. Komandaların Kiprdə keçirilən ilk oyunu qolsuz başa çatmışdı.

Çexiyanın "Slaviya" klubu isə cavab matçında Rumıniya "Kluj"undan üstün olub - 1:0. Rumıniyada keçirilən ilk oyunda da eyni hesabla qalib gələn Praqa təmsilçisi qrup mərhələsinə vəsiqə qazanan növbəti komanda olub.