"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 1500 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Digər hadisə isə Qədəblədə baş verib. 1 nəfər göldə (məntəqədən 1000 m içəriyə doğru) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Son xəbərlər
Son Xəbərlər