İŞİD-lə mübarizə koalisiyasına daha 3 ölkə qatıldı.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Afrika qitəsində yerləşən Çad, Niger və Cibuti də İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulub.
Bu barədə ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisi Brett MakQurk məlumat verib.
Qeyd edək ki, 2015-ci ilin avqustunda ABŞ rəhbərliyində qurulan koalisiyada Avstraliya, Bəhreyn, Belçika, İngiltərə, Danimarka, Kanada, İordaniya, Mərakeş, Hollandiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Almaniya, Norveç və Fransa kimi ölkələr var.
Son xəbərlər
Son Xəbərlər