Daha 30 qazi polisə qəbul olundu

daha-30-qazi-polise-qebul-olundu
Oxunma sayı: 1921

Daha 30 Vətən müharibəsi iştirakçısı və 1 şəhid ailəsinin üzvü polis orqanlarında xidmətə qəbul olunub.

"Qafqazinfo" xəbər verir ki, ötən gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Nazir namizədlərin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Sıra baxışında Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində, o cümlədən mediada verilmiş elana uyğun olaraq onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 211 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 30 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1-i isə şəhid ailəsinin üzvü olub.