Daha 5 nəfər dənizdə boğulmaqdan xilas edildi

daha-5-nefer-denizde-bogulmaqdan-xilas-edildi
Oxunma sayı: 1435

Bu gün dənizdə batan 5 nəfər xilas edilib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub.