Daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

daha-5-siyasi-partiyanin-selahiyyetli-numayendeleri-qeyde-alindi
Oxunma sayı: 2725

Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19- da keçirilən iclasında beş siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Gələcək Azərbaycan Partiyasının, Müsavat Partiyasının, Azad Vətən Partiyasının, Vəhdət Partiyasının və Ədalət Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.