Daha 510 nəfər sağaldı, 6 nəfər vəfat etdi

daha-510-nefer-sagaldi-6-nefer-vefat-etdi
Oxunma sayı: 9797

Bu gün Azərbaycanda daha 510 nəfər koronavirusdan sağalıb, 6 nəfər isə vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 543 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 644 nəfərdir.

Ötən müddət ərzində 584 min 466 test aparılıb. Bugünkü test sayı isə 8 217-dir.