Daha 547 nəfər sağaldı, 7 nəfər vəfat etdi

daha-547-nefer-sagaldi-7-nefer-vefat-etdi
Oxunma sayı: 10533

Bu gün Azərbaycanda daha 547 nəfər koronavirusdan sağalıb, 7 nəfər isə vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 529 yeni yoluxma qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində ümumilikdə 576 249 test aparılıb.