Daha 62 terminal “BakıKart”a inteqrasiya olunacaq

daha-62-terminal-bakikarta-inteqrasiya-olunacaq
Oxunma sayı: 1448

Sərnişinlərin “BakıKart”ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda da artıra bilməsi üçün tədbirlər davam etdirilir.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, bu çərçivədə “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1354-ə çatdırılıb. Əlavə olaraq daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır.

Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcəklər.