Daha 85 xəstə və yaralı Türkiyəyə aparıldı - Fotolar

daha-85-xeste-ve-yarali-turkiyeye-aparildi
Oxunma sayı: 4606

Qəzzadan olan 85 xəstə və 106 yaralı müalicə olunmaq üçün Misirdən Türkiyəyə aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O, müalicə üçün Türkiyəyə gətirilən qəzzalı xəstələrlə bağlı bunları deyib: “Biz millətimiz adına bu humanitar məsuliyyəti yerinə yetirəcəyik. Bu müqəddəs gecədə xəstələrimizə şəfa diləyirik. Səylərimiz davam edəcək”.

Bu, hücumlar səbəbiylə müalicəsini davam etdirə bilməyən xəstə və yaralılar ilə bağlı Türkiyə, Misir və İsrail ilə koordinasiyalı şəkildə həyata keçirilən sayca 7-ci təxliyədir.

Bu çərçivədə xəstə və yaralılar Misirin Əl-Ariş Hava Limanından Ankara Etimesgut Hərbi Hava Limanına göndərilib.