Daha bir 18 yaşlı oğlan batdı -

daha-bir-18-yasli-oglan-batdi-
Oxunma sayı: 732


“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlunun suda batması haqqında məlumat daxil olub. 

M.Əliyevin cəsədi “Pirşağı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 19:55-də başa çatıb. 

“Qafqazinfo”