Daha bir ağır qəza- - Bir ailənin 4 üzvü yaralandı

daha-bir-agir-qeza-
Oxunma sayı: 1456



“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saat 21.30 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Opel markalı avtomobillə “Mercedes”in toqquşmasından sonra Opeldə olan bir ailənin 4 üzvü müxtəlif dərəcəli xəsarət alıb. 

“Mercedes”in sürücüsü isə qəzadan sonra hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.