Daha bir ağır qəza- - 4 yaralı

daha-bir-agir-qeza-
Oxunma sayı: 1564


“Qafqazinfo”nun Kəpəz TV-yə istinadən məlumatına görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəxtəxanasına avtoqəza nəticəsində xəsarət alan 32 yaşlı Göygöl rayon sakini Etibar Hüseynovu gətiriblər. Belə ki, Etibar Hüseynov və daha 3 nəfər taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mercedes” markalı avtomobili ilə Bərdədən Yevlaxa gələrkən sürücü anidən idarəetməni itirib və qəza baş verib. Bu zaman sürücü xəsarət almasa da, avtomobildə olan 4 sərnişin yaralanıb.  Yaralılara Yevlax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Daha sonra müalicənin davamı üçün 3 nəfər Bərdə, 1 nəfər isə Gəncə xəstəxanasına göndərilib. 

Hazırda Gəncə şəhər TTYX-na yerləşdirilən Etibar Hüseynovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.