38 yaşlı qadın əməliyyatdan sonra öldü

38-yasli-qadin-emeliyyatdan-sonra-oldu
Oxunma sayı: 2406

Ağdaşda doğuş zamanı öldüyü deyilən qadının başqa bir əməliyyatdan sonra vəfat etdiyi məlum olub. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 1981-ci il təvəllüdlü Ağdaş rayon sakini Sevda Firuz qızı Musayeva 14 noyabr tarixində Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Qadın əməliyyatdan 3 saat sonra reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı xəstəxanadaxili və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edilir ki, sözügedən əməliyyat uşaqlığın götürülməsi ilə bağlı olub.