Daha bir aviaşirkət Moskvadan Bakıya uçuşlara başlayır

daha-bir-aviasirket-moskvadan-bakiya-ucuslara-baslayir
Oxunma sayı: 1488

Rusiyanın “Red Wings” aviaşirkəti Moskvadan Bakıya birbaşa uçuşlara başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı aviaşirkətin Mətbuat xidməti yayıb.

Moskvadan Bakıya uçuşlar mayın 4-dən başlayacaq və cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakıdan Moskvaya reyslərə isə mayın 5-i start veriləcək və həftənin bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. 

Uçuşun müddəti 3 saat 30 dəqiqə təşkil edəcək və 100 yerlik “SSJ 100” təyyarələri ilə həyata keçiriləcək.